Ölkə kubokunda yeni rekord
“Neftçi” Azərbaycan kubokunda yeni rekorda imza atıb.
Sportfm.az xəbər verir ki, Bakı klubu finala 11-ci dəfə yüksəlməklə buna nail olub. “Ağ-qaralar” yarımfinalda “Turan Tovuz”u mübarizədən kənarlaşdırıb. İlk görüşdə 0:1 hesabı ilə uduzan “Neftçi” evdə 2 cavabsız qolla qalib gəlib.
Tarixində 11-ci dəfə həlledici matça vəsiqə qazanan paytaxt təmsilçisi bu göstəricidə mütləq rekordçu olub. Bunadək “Neftçi” və “Qarabağ” hərəyə 10 dəfə final həyəcanı yaşayıb. 11-ci belə sınağa çıxacaq “ağ-qaralar” 6, Ağdam klubu 7 dəfə kubokun sahibi olub.
Qeyd edək ki, 1994/1995, 1995/1996, 1998/1999, 2003/2004, 2012/2013, 2013/2014 mövsümlərində kuboku başı üzərinə qaldıran bakılılar dörd dəfə (2000/2001, 2011/2012, 2014/2015, 2015/2016) finalda uduzub.
Oxşar xəbərlər
Azərbaycan kubokunda mövsüm başa çatdı
“Neftçi”dən yeni rekord - Azərbaycan Kuboku
“Neftçi” - “Qarabağ” - Statistika
Kuboku kim qazanacaq?
25-ci kuboku kim qazanacaq?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dünya Çempionatında iştirak edəcək güləşçilərimiz - SİYAHI
-
“Panatinaikos” cütün qalibi oldu - Konfrans Liqası
-
İsrail təmsilçisi "Sabah"a rəqib oldu - Çempionlar Liqası
-
AFFA “Clear Line” layihəsinə qoşuldu
-
"Qarabağ" "Dinamo" ilə oyuna hazırdı - FOTOLAR
-
“Fənərbaxça” pley-off mərhələsində - Çempionlar Liqası















Misli Premyer Liqası