“Mançester Siti”nin mükafat fondu –2,3 milyon
“Mançester Siti” cari mövsümdə trebl edəcəyi halda, əsas heyət futbolçuları 2 milyon funt-sterlinqdən çox (2.3 milyon avro) qazanc əldə edəcəklər.
Sportfm.az xəbər verir ki, “şəhərlilər” Çempionlar Liqasını qazansa, futbolçular 1 milyon funt-sterlinq, İngiltərə çempionatının qalibi olsalar, 750 min funt-sterlinq, Federasiya kubokunda birinci yerə çıxsalar, 300 min funt-sterlinq qazanacaqlar.
Qeyd olunan məbləğlər ədalətli şəkildə bölüşdürüləcək. Heyətdə yer alan gənc futbolçular, eyni zamanda, daha az oyun şansı qazanan oyunçular az miqdarda məbləğlə mükafatlandırılacaqlar.
“Mançester Siti” ölkə çempionatının 37-ci turunda “Çelsi”ni məğlub etsə və ya “Arsenal” səfərdə “Nottingem Forest”ə uduzsa, Pep Qvardiolanın komandası Premyer Liqanın qalibi olacaq.
“Şəhərlilər” iyunun 3-də İngiltərə Federasiya kubokunun finalında “Mançester Yunayted”lə üz-üzə gələcək.
Qvardiolanın yetirmələri iyunun 10-da isə Çempionlar Liqasının finalında “İnter”lə çempionluq uğrunda mübarizə aparacaq.
Oxşar xəbərlər
342 milyon avro xərcləyəcəklər - Təmir üçün
"Arsenal" və MY yarımfinalda
Aleksis Sançesin yeni klubu bəlli oldu
Baş məşqçiyə 80 milyon funt sterlinq təklif edəcəklər!
Ən bahalı saat hansı məşqçidədir?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası