Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Real” Benzemaya getməsinə mane olmayacaq
“Real”ın hücumçusu Kərim Benzema bu yay klubu tərk etməyi ciddi şəkildə düşünür.
Sportfm.az xəbər verir ki, klub rəhbərliyi 35 yaşlı futbolçunun karyerasını Avropadan kənarda davam etdirəcəyini nəzərə alaraq, onun getməsinə mane olmayacaq.
Benzemanın daha bir mövsümü “Real”da keçirməsi və 2024-cü ildə Səudiyyə Ərəbistanından bir kluba qoşulması ehtimalı da var.
Daha əvvəl fransalı hücumçunun Səudiyyə Ərəbistanından təklif aldığı və burada ona 200 milyon avro maaşla iki mövsümlük müqavilə təklif edildiyi bildirilirdi.
Benzema 2009-cu ildən “Real”da çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 42 oyun keçirib, 30 qol vurub və 6 məhsuldar ötürmə edib.
Oxşar xəbərlər
Benzema "yuvaya" qayıdacaq
Benzema gedir - Səudiyyə Ərəbistanı klubuna
Benzema karyerasını "Real Madrid"də davam etdirəcək - Qərarını verdi
Benzema Madriddə qalır - Müqavilə
Çin klubu Benzema üçün 50 milyon avro təklif etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası