reklam
Sportfm.az xəbər saytı

"Ürəyimizi ortaya qoyuruq" -Canni De Byazi


“Yalnız futboldan başı çıxmayan adam əlimizdən gələni etmədiyimizi deyə bilər”
Sportfm.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İsveç yığmasına qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunu ilə bağlı təşkil edilən mətbuat konfransında deyib.
67 yaşlı mütəxəssis komandadan gözləntilərini bildirib: “İsveç FİFA reytinqində 23-cü yerdədir, biz isə aşağı pillələrdəyik. Buna baxmayaraq, heç kim deyə bilməz ki, meydançada əlimizdən gələni etmirik. Ürəyimizi ortaya qoyuruq. Müdafiədə və ya hücumda səhflər edirik, bu, bizə baha başa gəlir. 5-li qrupda Azərbaycan yığması tarixində ilk dəfədir ki, 4-cü pillədədir. Sabahkı matçda da uğurlu nəticə qazanmağa çalışcağıq”.
Qeyd edək ki, noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək Azərbaycan - İsveç görüşü saat 21:00-da başlayacaq. F qrupunda yer alan millimiz 6 oyundan sonra 4 xalla 4-cü pillədə qərarlaşıb. Hesabında 7 xal olan İsveç isə üçüncüdür.

Oxşar xəbərlər

Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı - Avropa Liqası
Tedesko bizdən qorxur...
Azərbaycan millisindən böyükhesablı qələbə - AVRO-2024
Azərbaycan millisi İsveçə qarşı - AVRO-2024
İsveç millisinin açıq məşqinin vaxtı bilindi - AVRO-2024

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər