reklam
Tedesko bizdən qorxur...
Sportfm.az xəbər saytı

Tedesko bizdən qorxur...


“Azərbaycan çox ciddi rəqibdir”.

Sportfm.az xəbər verir ki, bunu Belçika millisinin baş məşqçisi Domeniko Tedesko Azərbaycan yığmasına qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunu ilə bağlı mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis heyətdə bəzi dəyişikliklər olacağını gizlətməyib: “Start “11-liy”i haqda heç nə deməyəcəyəm, amma bəzi dəyişikliklər olacaq. Onu deyə bilərəm ki, yenilik istəyirik. Yeri gəlmişkən, Azərbaycan İsveç kimi güclü komandanı 3:0 hesabı ilə məğlub etdi. Unutmayaq ki, Bakıda da çətin anlar yaşamışdıq”.

Qeyd edək ki, noyabrın 19-da Brüsseldəki “Kinq Baudouin” stadionunda keçiriləcək Belçika – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Meydan sahibləri F qrupunda 17 xalla ikincidir. Komandamız isə 7 xalla 4-cü sırada qərarlaşıb.

Oxşar xəbərlər

Millimiz 0:5 hesabı ilə uduzdu - AVRO-2024
Azərbaycan millisi Belçikaya qarşı - AVRO-2024
Belçika - Azərbaycan matçına 30 min bilet satıldı
Belçika millisinin heyətində dəyişiklik edildi
De Byazinin mətbuat konfransının vaxtı açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər