Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Salah və "Qəbələ"nin yeni transferi
“Qəbələ”nin futbolçusu Klesio Bauk Mozambik milli komandasında növbəti oyununu keçirib.
Sportfm.az xəbər verir ki, “qırmızı-qaralar”ın bu il heyətinə qaytardığı 29 yaşlı yarımmüdafiəçi Afrika Millətlər Kubokunda meydana çıxıb.
Bauk qrup mərhələsinin I turunun Misirlə görüşünün ikinci hissəsində oyuna daxil olub. Klesio 58-ci dəqiqədə vurduğu qolla komandasını hesabda önə çıxarıb – 2:1. Lakin rəqib komanda Məhəmməd Salahın 90+7-ci dəqiqədə vurduğu penalti zərbəsi ilə hesabı bərabərləşdirib – 2:2.
Bu, Baukun Mozambik millisində 50-ci matçı olub. O, yığmada 9-cu qoluna imza atıb.
Qeyd edək ki, Mozambik və Misir millilərinin yer aldığı B qrupunda Kabo-Verde ilə Qana yığmaları da mübarizə aparır.

Oxşar xəbərlər
"Qarabağ"ın futbolçusu Misirə qarşı oynadı - Afrika Millətlər Kuboku
"Qəbələ"də yeni oyunçu - TRANSFER
"Zirə"nin legioneri milliyə çağırıldı
"Qəbələ"nin legioneri millidə
"Qəbələ" yığmanının üzvünü transfer etdi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası