Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan və Gürcüstan Qolf Federasiyaları əməkdaşlığa başladı
Azərbaycan və Gürcüstan Qolf Federasiyaları arasında əməkdaşlığın və irəliləyişin təşviqinə yönəlmiş anlaşma memorandumu imzalanıb.
Sportfm.az xəbər verir ki, memorandumu Azərbaycan Qolf Federasiyasının prezidenti Rauf Xəlilov və Gürcüstan Zaza Mikadze imzalayıblar.
Memorandum hər iki ölkədə qolf oynayan icmaların təkmilləşdirilməsi üçün birgə imkanların araşdırılması öhdəliyini möhkəmləndirir.
Bu əlamətdar sazişin əsas məqsədi idmanın müxtəlif istiqamətləri üzrə təcrübə və bilik mübadiləsini asanlaşdırmaqla AGF və GGF arasında əlaqələri gücləndirməkdir.
İmzalanma mərasimdə çıxış edən Azərbaycan Qolf Federasiyasının prezidenti Rauf Xəlilov əməkdaşlığın perspektivləri ilə bağlı danışıb:
“Bu memorandum qolf oynamağın mükəmməlliyini təbliğ etmək və inkişaf etdirməkdə irəliyə doğru atılmış mühüm addımdır. Biz Gürcüstandakı həmkarlarımızla səmərəli tərəfdaşlığı səbirsizliklə gözləyirik”.
Gürcüstan Qolf Federasiyasının prezidenti Zaza Mikadze nitqində nikbinliyini ifadə edib:
“Azərbaycan Qolf Federasiyası ilə güclərimizi birləşdirərək, əməkdaşlıq və qarşılıqlı hörmət ruhunu inkişaf etdirərək regionumuzda qolf idmanının standartlarını yüksəltməyi hədəfləyirik”.
İmzalanma mərasimində hər iki federasiyanın prezidentləri ilə yanaşı Azərbaycan Qolf Federasiyasının vitse-prezidenti Anar Əzimov, Gürcüstan Qolf Federasiyasının vitse-prezidenti Andro Şilakadze, Azərbaycan Qolf Federasiyasının baş katibi Leyla Abbasova və Gürcüstan Qolf Federasiyasının baş katibi Mişa Dzadzamia da iştirak ediblər.

Oxşar xəbərlər
“GolfCar” “Sabah”ı qolf maşını ilə təmin etdi
Beylin qolf karyerası başladı
Qolf Federasiyası tamhüquqlu üzvlük əldə etdi
Yeni federasiya olacaq - Azərbaycanda
Kenqurular qolf sahəsinə hücum çəkdi - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası