Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Yığmamızın 221-ci futbolçusu kimdir?
DÇ-2018-in seçmə mərhələsinin Şimali İrlandiya ilə oyunu millimizin heyətində daha bir debütlə əlamətdar olub.
Sportfm.az xəbər verir ki, start heyətində meydana çıxan Riçard Almeyda üçün Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma yığmada ilk oyun olub.
O, Qətərlə yoldaşlıq oyununda debüt edən Mahir Mədətovun ardından millinin tarixinə düşüb. İlk rəsmi matçını 1992-ci ildə keçirən Azərbaycan millisinin 25 illik tarixindəki 229 matçda 220 futbolçu meydana çıxmışdı.
220-ci olan Mahirin ardından Almeyda 221-ciliyə sahib çıxıb. "Qarabağ"da çıxış edən braziliyalı iki dəfə milliyə çağrılsa da, sənədləşmə proseduru səbəbindən ilk dəfə şans qazanıb.
Qeyd edək ki, ilk hissəsi başa çatan oyunda 0:0 hesablı bərabərlik var.
Oxşar xəbərlər
35 yaşda 50-ni vurdu
Rəşad Sadıqov Zinedin Zidana çatdı
Maksim Medvedev:"Həmin motivasiya ilə meydana çıxacağıq"
"Qəbələ"nin 5 futbolçusu üç yığmada!
Qurban Qurbanov üçün əlamətdar oyun
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası