Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Neftçi"nin sabiq futbolçusu:"Qurban Qurbanovun komandasının gücünü şişirtmək lazım deyil" - ÖZƏL
Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Azərbaycan çempionu "Qarabağ" Gürcüstanın "Samtredia” klubu ilə qarşılaşacaq.
Sportfm.az saytı baş tutacaq duellə bağlı, "Neftçi"nin tarixində ilk legioner olan, hazırda isə "Torpedo" Kutaisi komandasında məşqçi kimi çalışan Otar Korqalidzenin fikirlərini öyrənib.
- "Samtredia" ötən mövsüm olduğu kimi, bu dəfə də Azərbaycan klubu ilə qarşılaşacaq.
- Amma arada böyük bir fərq var, ötən mövsüm Avroliqada mübarizə aparan komanda, bu il Çempionlar Liqasında yarışır. Demək ki, inkişaf var.
- Ümumiyyətlə "Qarabağ" komandasını tanıyırsınızmı?
- Bu klubu azərbaycanlı dostlarımın sayəsində çox yaxından tanıyıram(gülür). Komanda xeyli vaxtdır Avropada stabil çıxış edir. "Böyük beşlik" ölkələrinin klubları ilə oynamaq təcrübəsinə sahibdir.
- Belə çıxır ki, siz Gürcüstan təmsilçisinin şansının olmadığını düşünürsünüz.
- Bax, bu məsələdə fərqli fikirləşirəm. Bəli, "Qarabağ" təcrübəli və güclü klubdur. Ancaq Qurban Qurbanovun komandasının gücünü şişirtmək lazım deyil. İndi "Samtredia" əvvəlki təcrübəsiz klub təsiri bağışlamayacaq. Heyətdə yetərincə usta futbolçular toplaşıb. Onlar özlərini göstərmək istəyəcək.
- O zaman şansları necə dəyərləndirirsiz?
- Hər bir oyun başlamadan şansların dəyərləndirilməsinə qarşıyam. Hazırda matç keçirilməyib və hər iki komandanın şansları eynidir. İlk görüçdən sonra isə nəsə demək mümkün olacaq.
Oxşar xəbərlər
Çempionlar Liqası: "Qarabağ" "Şerif"ə qarşı
"Qarabağ"ın baş məşqçisi nədən danışdı?
"Qarabağ" meydana çıxır
"Samtredia"nın müdafiəçisi:"Bakıya gəzməyə gəlməmişik" - ÖZƏL
"Samtredia" zəif komanda deyil" – Qriqorçuk
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası