reklam
Kökçü klubunu dəyişdi
Sportfm.az xəbər saytı

Kökçü klubunu dəyişdi


Azərbaycan milli komandasının üzvü Ozan Can Kökçü klubunu dəyişib.
Sportfm.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi Niderland "Eyndhoven"indən ayrılıb və Finlandiya HİK-inə keçib.

Bu barədə HİK-in mətbuat xidməti məlumat yayıb. Kökçü ilə 2026-cı ilin sonunadək müqavilə imzalanıb.

Ozan Can bu səhər tibbi müayinədən keçib və daha sonra məşqlərdə iştirak edib. O, Finlandiya klubuna transferi haqqında fikirlərini də bölüşüb: "Əsas oyun mövqeyim hücumçuların arxasındakı hücumameyilli yarımmüdafiədir. Amma cinah yarımmüdafiəçisi kimi də oynamağa öyrəşmişəm. Mən aqressivəm və qələbə qazanmaq üçün istəkliyəm. Komandada münasibətlər yaxşı olanda və meydanda əlindən gələni edəndə çox vaxt uğur qazanırsan".

Qeyd edək ki, Kökçü 2022-ci ilin yayından "Eyndhoven"də oynayırdı.

Oxşar xəbərlər

Ozan Can Kökçü 10-cu qolunu vurdu - Birinci Divizion
Kökçü 90 dəqiqə oynadı
Ozan Can 8-ci qolunu vurdu
Ozan Canın komandası məğlub oldu - Birinci divizion
Ozan Can Kökçü klubunu dəyişdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər