reklam
Sportfm.az xəbər saytı

"Neftçi" sonuncu pilləyə düşəcəkmi? -Premyer Liqa


Bu gün Misli Premyer Liqasında 7-ci tur start götürəcək.

Sportfm.az xəbər verir ki, ilk gündə 2 matç keçiriləcək. Əvvəlcə "Kəpəz" "Şamaxı" ilə qarşılaşacaq. Matç saat 17:00-da başlayacaq.

Günün 2-ci oyununda "Azersun Arena"da əzəli rəqiblər üz-üzə gələcək. Azərbaycan derbisində son çempion "Qarabağ" "Neftçi"ni qəbul edəcək. Görüş saat 20:00-da başlayacaq. Hazırda "Qarabağ" turnir cədvəlində 2-ci, "Neftçi" isə 9-cudur. “Qarabağ” ardıcıl 5 qələbə qazanıb, “Neftçi” 12 görüşdür qalib gəlmir. Buna baxmayaraq, Azərbaycan derbisi maraqla gözlənilir.

Qeyd edək ki, tura 21 və 22 sentyabr tarixlərində keçiriləcək oyunlarla yekun vurulacaq.

Misli Premyer Liqası, 7-ci tur

20 sentyabr

17:00.“Kəpəz” – “Şamaxı”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı
Tovuz şəhər stadionu

20:00. “Qarabağ” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
Azərsun Arena

21 sentyabr

18:00. “Turan Tovuz” – “Araz-Naxçıvan”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Tural Qurbanov
Tovuz şəhər stadionu

22 sentyabr

18:00. “Səbail” – “Sabah”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Eyyub İbrahimov, Kamran Əliyev
ASCO Arena

20:30. “Sumqayıt” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov
Mehdi Hüseynzadə adına stadion

Oxşar xəbərlər

"Şamaxı" "Sumqayıt"a, "Qarabağ" "Səbail"ə qarşı - Misli Premyer Liqası
“Turan Tovuz” “Səbail”ə, “Sumqayıt” “Araz-Naxçıvan”a qarşı - Misli Premyer Liqası
“Qarabağ” “Turan Tovuz”a, “Araz Naxçıvan” “Neftçi”yə qarşı - Misli Premyer Liqası
“Səbail” “Kəpəz”ə qarşı - Misli Premyer Liqası
“Sumqayıt” “Turan Tovuz”a, “Zirə” “Neftçi”yə qarşı - Misli Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər