reklam
Sənan Süleymanov karyerasında ilk dəfə dünya çempionu oldu
Sportfm.az xəbər saytı

Sənan Süleymanov karyerasında ilk dəfə dünya çempionu oldu


Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatı davam edir.

Sportfm.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın iki güləşçisi qızıl medal qazanıb.

55 kq çəki dərəcəsində dünya çempionu Eldəniz Əzizli finalda iranlı Payam Əhmədiyə 3:1 hesabı ilə qalib gələrək beşqat dünya çempionu olub.

77 kq-da isə Sənan Süleymanov həlledici görüşdə Moldova təmsilçisi Aleksandrin Qutuya qalib gələrək dünya çempionu olub.

Bundan başqa bu gün Azərbaycanın 3 yunan-Roma güləşçisi mübarizəyə qoşulacaq.

72 kq çəki dərəcəsində Ülvi Qənizadə ilk mərhələdən azaddır. 97 kq-da Murad Əhmədiyev Cənubi Koreya təmsilçisi Çon Bin Kvonla, 130 kq-da isə Sərxan Məmmədov braziliyalı Gilyerme Evanjelista Diasla qarşılaşacaq.

Oxşar xəbərlər

Eldəniz Əzizli 5-ci dəfə dünya çempionu oldu
Eldəniz Əzizli 5-ci dəfə dünya çempionu ola bilər
Güləşçilərimiz dünya çempionatının finalında
Daha bir güləşçimiz dünya çempionu oldu - Uğur
Hacı Əliyev dünya çempionu oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər