reklam
Eldəniz Əzizli 5-ci dəfə dünya çempionu ola bilər
Sportfm.az xəbər saytı

Eldəniz Əzizli 5-ci dəfə dünya çempionu ola bilər


Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatı davam edir.

Sportfm.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın iki güləşçisi qızıı medal uğrunda görüşə çıxacaq.

55 kq çəki dərəcəsində 4 qat dünya çempionu Eldəniz Əzizli finalda iranlı Payam Əhmədi ilə üz-üzə gələcək.

77 kq-da isə Sənan Süleymanov həlledici görüşdə Moldova təmsilçisi Aleksandrin Qutu ilə qarşılaşacaq.

Bundan başqa bun gün Azərbaycanın 3 yunan-Roma güləşçisi mübarizəyə qoşulacaq.

72 kq çəki dərəcəsində Ülvi Qənizadə ilk mərhələdən azaddır. 97 kq-da Murad Əhmədiyev Cənubi Koreya təmsilçisi Çon Bin Kvonla, 130 kq-da isə Sərxan Məmmədov braziliyalı Gilyerme Evanjelista Diasla qarşılaşacaq.

Oxşar xəbərlər

Güləşçilərimiz dünya çempionatının finalında
Daha 3 güləşçisi mübarizəyə başlayır - Dünya çempionatı
Eldəniz Əzizli 4 qat dünya çempionu oldu
Eldəniz Əzizli və Rafiq Hüseynov dünya çempionu oldu
Daha üç güləşçimiz mübarizəyə qoşulur - Dünya çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər