Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“İnter”in naməlum sponsoru! - FOTO
Transfer qadağası ilə üzləşən "İnter” Avropa Liqasının 1-ci təsnifat mərhələsində mübarizəyə uğurla başladı. Sportfm.az xəbər verir ki, paytaxt təmsilçisi Serbiyada "Mladost” üzərində 3:0 hesabı ilə inamlı qələbə qazandı. Futbolçular meydana "İnter”in ötən mövsüm geyindiyi formalarla çıxmışdı. Maraqlı məqam isə ondan ibarət idi ki, formanın üzərində Beynəlxalq Bankın reklamının əvəzinə Samaya LTD yazılmışdı. Bu şirkətin reklamı futzal üzrə Yüksək Liqada mübarizə aparan "Araz” komandasının formalarında uzun müddətdir yer alır. Ortaq nöqtənin, "İnter”in Müşahidə Şurasının sədri Zaur Axundovla bağlı olduğunu ehtimal etmək olar. Ancaq xeyli vaxtdır "ortada qalan” "İnter”ə VTB bankının yiyə duracağı deyilir. Hətta konkret tarix olaraq, iyulun 1-dən etibarən bankın klubu himayəsinə götürəcəyi bildirilir. Belə olan təqdirdə isə uzun müddətdir maaş üzünə həsrət qalan futbolçuların, cavab matçında ötən gün Luçani stadionunda mübarizə apardığı formalarla çıxmamalıdır. Yəqin ki, komandaya maliyyə vəsaiti ayıran bank rəhbərliyi formalarda öz reklamlarının olmasını tələb edəcək. UEFA reqlamentində bununla bağlı hər hansı bəndin olması mümkündür. Əgər Avropanın ali futbol qurumu Bakıda keçiriləcək görüşdə "İnter”ə formanın üzərində olan reklamı dəyişməyə icazə verməsə, Zaur Svanadzenin rəhbərlik etdiyi komanda bu mövsüm avrokuboklarda mübarizədən kənarlaşana qədər, Samaya LTD şirkətini reklam etməli olacaq.
Oxşar xəbərlər
"Keşlə" rəhbərliyi "İnter"i niyə "yaşadır"? - QEYD
"İnter" "iki yerə" parçalandı, klubun gələcək taleyi sual altındadır
Avropa Liqasında iştirak edən komandamız ortada qalıb - PROBLEM
"İnter" Serbiyadan qələbə ilə qayıdır
"İnter"in Serbiya planları
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası