Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Biri rekorda, digəri antirekorda doğru...
İngiltərə Premyer Liqasında 19-cu tura yekun vurulub.
Sportfm.az xəbər verir ki, ötən il 29 dekabrda başlayan turun bağlanış matçında “Arsenal” “Brentford”un qonağı olub. Qapısında erkən qol görən “topçular” toparlanaraq əzmkar qələbə qazanmağı bacarıb.
Bu qələbədən sonra “Arsenal” xallarını 39-a çatdıraraq 2-ci yerə yüksəlib.
İngiltərənin “Mançester Yunayted” klubu isə 35 il əvvəlki antirekordunu yeniləyib. “Qırmızı şeytanlar” 1989-cu ildən sonra ilk dəfə Premyer Liqada ili 14-cü sırada tamamlayıb.
Bir vaxtlar “at oynadan” komanda son illərdə əzəmətini itirib. Bu il ardıcıl altı oyundur qələbəyə həsrət qalan klub keçirdiyi 19 oyundan cəmi 22 xal toplaya bilib.

Oxşar xəbərlər
“Arsenal”dan səfərdə qələbə - Premyer Liqa
25 ildən sonra bir ilk - Premyer Liqa
Derbidə qırmızı rəng - "Mançester Yunayted"dən əzmkar qələbə
"Mançester Yunayted" - "Arsenal" 3:2 - VİDEO
"Mançester Yunayted" çempionu məğlub etdi - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası