Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Səbail" yığmamızın üzvünü transfer etdi
Milli komandamızın sabiq üzvü Amit Quluzadənin yeni klubunun adına aydınlıq gəlib. Son olaraq Yunanıstanın AEL klubunda çıxış edən futbolçu karyerasını ölkmizdə davam etdirəcək.
Sportfm.az xəbər verir ki, yarımmüdafiəçi yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq "Səbail" klubuna keçib. 24 yaşlı futbolçu bu gün Bayıl təmsilçisinin Türkiyədəki təlim-məşq düşərgəsinə qoşulacaq. Onunla 1 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Quluzadənin ölkəmizdəki son klubu "Sumqayıt" olub. "Neftçi"nin yetirməsi karyerası ərzində "Kayseri Ərciyəspor", "Rəvan", "Qəbələ" və "Atletiko" (Portuqaliya) kimi klublarda top qovub (futbol11.az)
Oxşar xəbərlər
Millimizin üzvü Buzovna klubunda
Milli komandamızın sabiq üzvü Moldova klubuna transfer oldu - FOTO
Azərbaycanlı futbolçu 5-ci dəfə legioner həyatı yaşayacaq
Azərbaycan millisinin futbolçusu Kosovo klubu ilə müqavilə bağladı
"Sumqayıt"ın futbolçusu Yunanıstan klubunda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası