"Sumqayıt"ın futbolçusu Yunanıstan klubunda
Azərbaycan milli komandasının sabiq futbolçusu Amit Quluzadə karyerasını yenidən Yunanıstanda davam etdirəcək.
Sportfm.az saytı xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi I Divizionda çıxış edən "Aiginiakos"la razılıq əldə edib.
Quluzadənin Pieriya təmsilçisinə yanvarın 7-də X tur çərçivəsində "Sparta" ilə səfər matçından sonra qoşulacağı bildirilir. Onun yeni komandası hazırda 11 xalla 13-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, Amit Quluzadə 2017-ci ildə Yunanıstanın AEL klubunda çıxış edib. O, cari mövsümün ilk yarısını "Səbail"də keçirib və qış fasiləsində komandadan göndərilib. Orta sahə oyunçusu karyerası ərzində "Neftçi", "Sumqayıt", "Qəbələ", "Rəvan", eləcə də Türkiyənin "Kayseri Erciyesspor" və Portuqaliyanın "Atletiko" klublarının da formasını geyinib.
Oxşar xəbərlər
Milli komandamızın sabiq üzvü Moldova klubuna transfer oldu - FOTO
Azərbaycanlı futbolçu klubsuz qaldı
Azərbaycanlı futbolçu 5-ci dəfə legioner həyatı yaşayacaq
Azərbaycan millisinin futbolçusu Kosovo klubu ilə müqavilə bağladı
"Səbail" yığmamızın üzvünü transfer etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası