reklam
Azərbaycan millisinin futbolçusu Kosovo klubu ilə müqavilə bağladı
Sportfm.az xəbər saytı

Azərbaycan millisinin futbolçusu Kosovo klubu ilə müqavilə bağladı


Azərbaycan milli komandasının sabiq futbolçusu Amit Quluzadə karyerasını Kosovonun “Drita” klubunda davam etdirəcək.

Sportfm.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə müqavilə bağlanılıb. Lakin sözləşmənin detalları barədə məlumat verilmir. Kosovo Super Liqasında çıxış edən “Drita” 18 turdan sonra 30 xalla 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Amit Quluzadə cari mövsümün ilk yarısını "Səbail”də keçirib və qış fasiləsində komandadan göndərilib. Orta sahə oyunçusu karyerası ərzində "Neftçi”, "Sumqayıt”, "Qəbələ”, "Rəvan”, eləcə də Türkiyənin "Kayseri Erciyesspor”, Portuqaliyanın "Atletiko” və Yunanıstanın AEL klublarının formasını geyinib.

Oxşar xəbərlər

Milli komandamızın sabiq üzvü Moldova klubuna transfer oldu - FOTO
Azərbaycanlı futbolçu klubsuz qaldı
Azərbaycanlı futbolçu 5-ci dəfə legioner həyatı yaşayacaq
Futbolçumuz Kosovo klubunda ehtiyatda qaldı
"Sumqayıt"ın futbolçusu Yunanıstan klubunda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər