reklam
Şamaxıda məğlub oldular -
Sportfm.az xəbər saytı

Şamaxıda məğlub oldular -Premyer Liqa


Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX turun son oyun günündə "Neftçi" səfərdə "Şamaxı" ilə, "Sumqayıt" isə "Araz-Naxçıvan"la üz-üzə gələcək.

Sportfm.az xəbər verir ki, ilk oyun Şamaxı şəhər stadionunda saat 15:30-da start götürəcək.

Görüşü baş hakim Fərid Hacıyev idarə edəcək. "Ağ-qaralar" 28 turdan sonra 32 xalla 6-cı, meydan sahibləri 28 xalla 8-ci pillədə qərarlaşıb.

Tura saat 18:00-da “Liv Bona Dea Arena”da start götürəcək "Araz-Naxçıvan" - "Sumqayıt" görüşü ilə yekun vurulacaq. Naxçıvan komandası 48 xalla 3-cü, "kimyaçılar" isə 29 xalla 7-ci pillədədir.

Azərbaycan Premyer Liqası

XXIX tur

15:30. “Şamaxı” – “Neftçi” - 0:2

Qol: Ramil Şeydayev, 42 (pen.) Filip Ozobiç


Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şamaxı şəhər stadionu

18:00. “Araz-Naxçıvan”– “Sumqayıt” -1:0 (birinci hissə)


Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.
VAR: Nicat İsmayıllı.
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
“Liv Bona Dea Arena”

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Səbail" evdə "Turan Tovuz"la qolsuz heç-heçə edib, "Kəpəz" səfərdə "Sabah"ı, "Qarabağ" evdə "Zirə"ni 1:0 hesablı məğlubiyyətə imza atıb.

Oxşar xəbərlər

"Neftçi" "Şamaxı"ya, "Sumqayıt" "Araz-Naxçıvan"a qarşı - Misli Premyer Liqası
“Neftçi” “Şamaxı”ya qarşı – Misli Premyer Liqası
"Turan Tovuz" "Kəpəz"ə qarşı - Misli Premyer Liqası
"Zirə" – "Qarabağ" matçının hakimləri açıqlandı
“Qarabağ” – “Kəpəz” matçı Allahverdiyevə həvalə edildi - Misli Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər