reklam
Cüdoçularla görüş keçirildi
Sportfm.az xəbər saytı

Cüdoçularla görüş keçirildi


Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse prezidenti Sadıq Sadıqov Bakıda keçirilən Yeniyetmələrin Avropa Olimpiya Festivalında iştirak edən cüdoçular və onların məşqçiləri ilə görüşüb.

Sportfm.az xəbər verir ki, Olimpiya Kəndində baş tutan görüşdə əvvəlcə həm oğlanlardan, həm də qızlardan ibarət milli komandanın məşqçiləri nüfuzlu yarışa hazırlıq barədə məlumat veriblər. Onlar respublikamızda və müxtəlif ölkələrdə yüksək səviyyədə təlim-məşq toplanışları keçdiklərini və ayrı-ayrı turnirlərdə medallar qazandıqlarını diqqətə çatdırıblar.

Mütəxəssislər Olimpiya Festivalında layiqli nəticələr göstərmək üçün əllərindən gələni edəcəklərini vurğulayıblar. Öz növbəsində, Sadıq Sadıqov dövlət səviyyəsində idmana, o cümlədən, cüdoya göstərilən qayğını xüsusi vurğulayıb. ACF-in vitse-prezidenti federasiya rəhbərliyi adından yeniyetmə cüdoçulara uğurlar arzulayıb.

Qeyd edək ki, Yeniyetmələrin Avropa Olimpiya Festivalında cüdo yarışları 24-27 iyul tarixində Heydər Əliyev adına İdman Arenasında keçiriləcək. Azərbaycanı bu mötəbər yarışda 8 oğlan və 4 qız cüdoçu təmsil edəcək.

Oxşar xəbərlər

Sadıq Sadıqov millinin üzvləri ilə görüşdü - FOTO
Federasiya rəsmisi cüdoçularımızla görüşdü - FOTO
Rövnəq Abdullayev Avropa Cüdo İttifaqının prezidenti ilə görüşdü
Rövnəq Abdullayev Azərbaycan millisinin üzvləri ilə görüşdü
Macarıstanda idmançılarımızla görüş keçirildi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər