Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
42 yaşlı dünya çempionu yaşıl meydanları tərk edir -Vida
İtaliyanın "Komo" klubunun futbolçusu Pepe Reyna mövsümün sonunda karyerasını başa vuracaq.
Sportfm.az xəbər verir ki, 42 yaşlı qapıçı bu barədə "Movistar"a açıqlamasında deyib.
"Möhtəşəm karyeram sona çatmaq üzrədir. Yaşadığım hər şeylərə baxanda inanılmaz sevinc hiss keçirirəm.
Karyeramın bu qədər uzun illər davam edəcəyini gözləmirdim. Düşünürəm ki, vaxtım yetişib", - deyə Reyna bildirib.
Qeyd edək ki, Pepe Reyna İspaniya millisi ilə iki dəfə Avropa, bir dəfə isə dünya çempionu olub. O, İngiltərənin “Liverpul” klubu ilə dörd, İspaniya “Vilyarreal”ı ilə iki, Almaniya “Bavariya”sı və İtaliya "Napoli"si ilə bir kubok qazanıb. Reyna həmçinin vətənində "Barselona", İtaliyada "Milan" və "Latsio" və İngiltərədə "Aston Villa"nın da şərəfini qoruyub.

Oxşar xəbərlər
18 yaşlı futbolçuya 4 illik müqavilə - "Borussiya"
Reynanın transferi açıqlandı - “Latsio”dan 2 illik müqavilə
Pepe Fransaya köçür - FOTO
Türkiyəli qapıçı Milana yollanır?
Gənc qapıçı İtaliya klublarının hədəfində
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Həvəskarlar Liqasının oyunu bıçaq hədə-qorxusuna görə dayandırıldı
-
"Qalatasaray" İngiltərə klubuna qarşı - Çempionlar Liqası
-
“Gəncəbasar” – MOİK oyununun hakimləri məlum oldu - I Liqa
-
Millimizin sabiq futbolçusu “Yaşıl Top”da
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Səbail"də maliyyə krizisi - ÖZƏL

Misli Premyer Liqası