Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Naxçıvan klubunda ilk ayrılıq -Kuzmanoviç gedir
"Araz-Naxçıvan" klubu futbolçusu Miço Kuzmanoviçlə yollarını ayıracaq.
Sportfm.az xəbər verir ki, Muxtar Respublika təmsilçisi 29 yaşlı yarımmüdafiəçi ilə yayda bitəcək müqaviləni yeniləməyəcək.
Bosniyalı oyunçu 2023-cü ilin yayından "Araz-Naxçıvan"da çıxış edirdi.
Klubun mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov bununla bağlı Teleqraf-a açıqlamasında komandanın bir çox futbolçusu ilə sözləşməsinin mövsümün sonunda bitdiyini söyləyib: "Təkcə Felipe Santos və İqor Ribeiro ilə müqaviləmiz davam edir. Baş məşqçi Elmar Baxşıyevın belə, sözləşməsi bitəcək. Kuzmanoviçə gəldikdə, o, qış fasiləsindən sonra 3 ayadək zədə səbəbindən komandaya kömək etmədi. Son beş oyunda meydana çıxmağa başlayıb".
Qeyd edək ki, Miço Kuzmanoviç cari mövsüm ərzində meydana çıxdığı 28 oyunda cəmi 1 qolla yadda qalıb.

Oxşar xəbərlər
"Araz-Naxçıvan" "Sumqayıt"la oyuna itki ilə çıxacaq
Baxşıyevin əsas silahı olmayacaq
“Araz-Naxçıvan”ın 30-cu qələbəsi
"Araz-Naxçıvan" oyunçusu ilə müqaviləni uzatdı
“Araz-Naxçıvan”da bosniyalı oyunçu – TRANSFER
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Həvəskarlar Liqasının oyunu bıçaq hədə-qorxusuna görə dayandırıldı
-
"Qalatasaray" İngiltərə klubuna qarşı - Çempionlar Liqası
-
“Gəncəbasar” – MOİK oyununun hakimləri məlum oldu - I Liqa
-
Millimizin sabiq futbolçusu “Yaşıl Top”da
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Səbail"də maliyyə krizisi - ÖZƏL

Misli Premyer Liqası