reklam
Sportfm.az xəbər saytı

"Lerik" meydan sahibi oldu -Pley-off


Futbol üzrə Azərbaycan 2-ci Liqasında pley-off matçının nominal meydan sahibi müəyyənləşib.

Sportfm.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bununla əlaqədar keçirilən püşkatma mərasimində PFL-lə yanaşı, “Lerik” və “Şirvan” klublarının nümayəndələri iştirak ediblər.

PFL Yarışların təşkili və qeydiyyatı şöbəsinin baş mütəxəssisi Elvin Yaqubov, “Lerik” klubun nümayəndəsi Bəxtiyar Əliyev, “Şirvan” klubun meneceri Miremin Məmmədov ilə təmsil olunub. Püşkatmaya əsasən “Lerik” nominal meydan sahibi olub.

2-ci Liqa uğrunda pley-off qarşılaşması mayın 29-da “ASCO Arena”da, saat 16:00-da start götürəcək.

Oxşar xəbərlər

Pley-offun nominal meydan sahibi müəyyənləşdi - I Liqa
Finalın nominal meydan sahibi bilindi
Lənkəranda ev sahibi qalib gəldi
"Keşlə" "meydan sahibi" oldu - Final
"Qarabağ" Naxçıvanda meydan sahibi olacaq!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər