reklam
İspaniyalı UEFA-nı tərk etdi
Sportfm.az xəbər saytı

İspaniyalı UEFA-nı tərk etdi


İspaniya Krallığının Futbol Federasiyasının (RFEF) prezidenti Anxel Mariya Vilyar UEFA-nın vitse-prezidenti postundan istefa verib. 

Sportfm.az xəbər verir ki, o, ölkəsində üzləşdiyi korrupsiya ittihamı ilə əlaqədar belə bir addım atıb.
A.M.Vilyar, oğlu Qorka və RFEF-in vitse-prezidenti Xuan Pardon iyulun 18-də İspaniya vətəndaş qvardiyasının bölmələrinin keçirdiyi reyd zamanı həbs olunublar. Onlar 45 milyon avroya yaxın məbləğin mənimsənilməsində ittiham edilirlər. Həmçinin, 67 yaşlı funksioner RFEF rəhbəri seçkisində təşkilatın vəsaiti ilə regional federasiyaların rəhbərlərini satın almaqda şübhəli bilinir.
Qeyd edək ki, Anxel Vilyar mayda yenidən seçildiyi RFEF-ə 29 ildir başçılıq edir. O, FİFA Şurasının böyük vitse-prezidenti kimi Mişel Platini azad olunduqdan sonra UEFA prezidenti səlahiyyətlərini icra edib.

Oxşar xəbərlər

İspaniya klubları avrokuboklardan kənarlaşdırılır! - FİFA və UEFA müdaxiləyə dözmür
Futbol federasiyasının vitse-prezidenti saxlanıldı
İspaniya Futbol Federasiyasının prezidenti istefaya göndərildi
Federasiya prezidenti korrupsiyada ittiham olunur
UEFA prezidentliyinə namizədlər təsdiqləndi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər