Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan millisi Belarusa uduzduYoxlama görüşü
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoxlama oyunu keçirib.
Sportfm.az xəbər verir ki, Belarusda təlim-məşq toplanışında olan Ayxan Abbasovun komandası bu ölkədən olan həmyaşıdları ilə üz-üzə gəlib.
Baranoviçi şəhər stadionunda oynanılan matç Belarusun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Yığmamızın yeganə qolunu 22-ci dəqiqədə Raul Məmmədov vurub.
Qeyd edək ki, U-21 iyunun 8-də isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqro ilə yoldaşlıq görüşü keçirəcək.
Xatırladaq ki, U-21 millimiz Ayxan Abbasovun baş məşqçi təyinatından sonra son 2 matçda uduzmamışdı. Komanda mart ayındakı toplanış çərçivəsində Moldova yığmasına qalib gəlmiş (2:0), Şimali Makedoniyanın müvafiq yaş qrupu ilə bərabərə qalmışdı (0:0).
Belarus - Azərbaycan - 3:1
Qollar: Ruslan Myalkovskiy, 37, Kiril Çepenkov, 40, Andrey Demisyuk, 50 - Raul Məmmədov, 22

Oxşar xəbərlər
Yığmamız Belarusa qarşı - Yoxlama görüşü
Belarus - Azərbaycan oyununun yeri açıqlandı
Millimiz 2 yoxlama oyunu keçirəcək
Millimiz Belarusa qalib gəldi - U-16
Millimiz Belarusa uduzdu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası