reklam
Ən çox çempion olan komandaya imtina etdi
Sportfm.az xəbər saytı

Ən çox çempion olan komandaya imtina etdi


"Qalatasaray"ın idman direktoru postuna gətirmək istədiyi Mirça Luçesku bir müddət dincəlmək istəyir.

Sportfm.az xəbər verir ki, rumın mütəxəsisin yaxınlarından olan Konstantin Anqelaçe onun ciddi bir təklif olmayacağı təqdirdə məşqçilik karyerasını nöqtələyəcəyini də istisna etməyib. 72 yaşlı Luçeskunun son klubu "Zenit" olub. Komandanın qeyri-qənaətbəxş nəticələrindən sonra mayda istefaya göndərilən təcrübəli məşqçi daha sonrakı açıqlamasında "piterlilər"in təklifini qəbul etməklə səhvə yol verdiyini demişdi. Rusiya mətbuatında isə Luçeskunun Alzheymer xəstəliyinə doğru getdiyi barədə informasiya yayılmışdı.

Qeyd edək ki, iyulun 27-də "Qalatasaray"ın İdarə Heyətinin üzvü Can Topsakal Luçesku ilə danışıqlar aparmaq üçün Rumıniyaya getmişdi.

Oxşar xəbərlər

Terimlə Luçesku arasında gərginlik
Baş məşqçi onun qayıtmasını istəyir
Luçesku daha bir kluba rədd cavabı verdi
Xorvatiyalı məşqçi Türkiyəni tərk edir
Luçeskunun "Zenit"də ilk titulu - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər