reklam
Onun adına saxta məktub göndəriblər -
Sportfm.az xəbər saytı

Onun adına saxta məktub göndəriblər -Hadisə


Hindistan Futbol Federasiyası Xavi və ya Xosep Qvardiolanı baş məşqçi təyin etməyi düşünmədiklərini bildirib.

Sportfm.az xəbər verir ki, bu barədə ESPN yerli futbol assosiasiyasının bəyanatına istinadən məlumat yayıb.

“AIFF Xavi və Xosep Qvardioladan elektron ərizələr alıb. Bu məktubların həqiqiliyi təsdiqlənməyib və sonradan onların saxta olduğunu bildik”, – deyə məlumatda qeyd olunub.

2024-cü ilin iyununda Hindistan millisi İqor Stimakı istefaya göndərib və Manolo Markesi təyin edib. O da bu ay vəzifəsini tərk edərək “Goa”nı çalışdıracaq.

Xatırladaq ki, Xavi 2024-cü ilin yayından işsizdir. Buna qədər sabiq futbolçu “Barselona” və “Əl-Sədd”i çalışdırıb.

Oxşar xəbərlər

Xavi və Pioli “Roma”nın təklifindən imtina etdi
“Barselona” Xavi ilə yollarını ayırdı - RƏSMİ
Xavi baş məşqçi təyin edildi - FOTO
Xavi karyerasını başa vurdu
Xavi səfir seçildi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər