reklam
Mərakeş millisi DÇ-2026-də
Sportfm.az xəbər saytı

Mərakeş millisi DÇ-2026-də


DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanan daha bir komanda müəyyənləşib.

Sportfm.az xəbər verir ki, bu, Mərakeş millisi olub.

Sözügedən yığma DÇ-2026-nın seçmə mərhələsinin 7-ci turunda Niger ilə qarşılaşıb və 5:0 hesablı qələbə qazanıb.

Nəticədə Mərakeş sona 2 tur qalmış E qrupunda sayını 18-ə çatdıraraq ən yaxın izləyicisi Tanzaniyanı 8 xal qabaqlayıb. Bununla da Mərakeş mundiala vəsiqəni təmin edib.

Daha əvvəl Yaponiya, İran, Cənubi Koreya, İordaniya, Avstraliya, Özbəkistan, Yeni Zelandiya, Argentina, Ekvador, Braziliya, Kolumbiya, Uruqvay və Paraqvay komandaları turnirdə iştirak etmək hüququ qazanıblar. Meksika, ABŞ və Kanada isə ev sahibləri kimi yarışa qatılacaqlar.

Oxşar xəbərlər

Cənubi Amerikadan DÇ-2026-ya vəsiqə qazananlar
Özbəkistan millisi DÇ-2026-ya vəsiqəni təmin etdi
Dünya Çempionatında iştirak edəcək 5-inci komanda məlumdur
Braziliya qalib gəldi, Argentinadan bərabərlik - DÇ - 2026
DÇ-2022-nin təqvimi dəqiqləşib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər