Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Tofiq Bəhramov"da "Goal line" quraşdırılır - Futbol tariximizdə ilk dəfə
UEFA-nın tələbinə əsasən, Tofiq Bəhramov adına Respublika stadionunda topun qapı xəttini keçib-keçmədiyini müəyyənləşdirən texnoloji sistem quraşdırılır.
Sportfm.az bildirir ki, bu haqda qol.az saytına "Qarabağ" klubunun baş meneceri Asif Əsgərov məlumat verib. "Goal line" adlanan bu sistem Azərbaycan futbol tarixində ilk dəfə olaraq "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsində "Kopenhagen"lə keçirəcəyi oyunda tətbiq olunacaq.
A.Əsgərov bildirib ki, İngiltərə şirkətlərindən birinin apardığı bu iş yaxın günlərdə yekunlaşacaq.
Xatırladaq ki, Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Kopenhagen" matçı avqustun 15-də, cavab görüşü həmin ayın 23-də Danimarkada olacaq.
Oxşar xəbərlər
“Qarabağ” - "Ludoqorets" matçı rəqibin qələbəsi ilə başa çatdı - Çempionlar Liqası
"Qarabağ" qalib gəldi
"Qarabağ" - "Kopenhagen" oyununun biletləri satışa çıxarılır
"Qarabağ" - "Kopenhagen" matçının biletləri neçəyə olacaq?
"Kopenhagen"lə matçlarının tarixi dəqiqləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası