reklam
Şimali Makedoniyaya uduzduq
Sportfm.az xəbər saytı

Şimali Makedoniyaya uduzduq


19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ikinci oyuna çıxıb.

Sportfm.az xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan millimiz Şimali Makedoniyanın Strumitsa şəhərində meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Əlverişsiz hava şəraiti və “Mladost” stadionunun meydançasının yararsız vəziyyətdə olması ilə əlaqədar noyabrın 28-dən bugünkü tarixə təxirə salınan görüş Qoran Pandev Məşq Kompleksində təşkil olunub. Oyun Şimali Makedoniya yığmasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 35-ci dəqiqədə Mədinə Curuqova vurub.

Qeyd edək ki, U-19 qrupda son matçını dekabrın 1-də Gürcüstan seçməsinə qarşı keçirəcək.

Oxşar xəbərlər

Milli komandamızın oyunu təxirə salındı
Yığmamız seçmə mərhələdə ilk oyununu keçirdi
Çexiyadan 6 qol buraxdıq - Millimizdən ağır məğlubiyyət
Sonumuz nə olacaq, 15 yaşlılarımız da hamıya uduzur
Nəriman penaltini vurmadı, yığmamız uduzdu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər