reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" zədəli futbolçularla bağlı açıqlama yaydı


"Qarabağ" klubu zədəli futbolçuları ilə bağlı məlumat yayıb.

Sportfm.az xəbər verir ki, məlumatda qeyd edilib ki, "Sabah"la görşüdə sıradan çıxan Joni Montiel arxa bud əzələsinin gərilməsi səbəbindən müalicə olunur. Onun yaşıl meydanlara qayıdışı 7–10 gün ərzində gözlənilir.

Bud-çanaq oynağından əməliyyat olunan qapıçı Şahruddin Məhəmmədəliyevin həkimlərin rəyinə əsasən müalicə-bərpa müddəti 4–6 ay təşkil edəcək.

Bir müddətdir zədədən əziyyət çəkən Kadi Borges isə bərpa prosesinin növbəti mərhələsi olaraq yanvar ayında fərdi məşqlərə başlayacaq.

Hər üç futbolçunun müalicə prosesinin klubun tibbi heyətinin nəzarəti altında davam etdiyi bildirilib.

Oxşar xəbərlər

"Qarabağ"da itki - Kadi yaşıl meydanlardan kənarda qalacaq
"Neftçi"nin futbolçusu üç həftəlik sıradan çıxdı
"Neftçi"də ciddi itkilər
Cavid İmamverdiyev "Neftçi"ni kənardan izləyəcək
“Neftçi”nin futbolçusu Almaniyada

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər