reklam
Sportfm.az xəbər saytı

"Neftçi"də ciddi itkilər


"Neftçi” "Tibbi-Bərpa Mərkəzi”nin zədəli futbolçularla bağlı məlumatı yayıb. Sportfm.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Cavid İmamverdiyev sağ ayaq baldırından müalicəsini davam etdirir. Yarımmüdafiəçi dekabrın 11-də fərdi məşqlərə başlasa da, onun Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Zirə” klubu ilə ilk oyununu buraxacağı gözlənilir. İmamverdiyev Topaz Premyer Liqasının AZAL-la oyununa qədər hazır olacaq. Topuğundakı zədəsini müalicə etdirən yarımmüdafiəçi Mahir Şükürov da "Zirə” ilə ilk oyunu buraxacaq. O, AZAL-la oyuna qədər hazır olmalıdır.
"Zirə” ilə oyunu buraxacaq futbolçuların siyahısında Araz Abdullayevin də adı var. Komandanın kapitanı sağ ayaq baldırından müalicə olunur. O, AZAL-la oyuna hazırlığı davam etdirəcək.
Sol ayaq baldırındakı zədədən müalicə olunmuş futbolçu Jonas Pessalli "Zirə” ilə oyuna hazırlaşır.
Məqsəd İsayev sol ayaq baldırındakı zədədən müalicə olunur. Onun "Zirə” ilə oyunda iştirak edib-etməyəcəyi sual altındadır.

Oxşar xəbərlər

“Neftçi”nin kapitanı “Səbail”lə oyunu buraxacaq
“Neftçi”nin bu futbolçuları “Qarabağ”la oyunu buraxacaq
"Neftçi" "Sumqayıt"la oyuna itkilərlə çıxır
Cavid İmamverdiyev "Neftçi"ni kənardan izləyəcək
"Neftçi"nin hücumçusu zədələnib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər