reklam
Gənc boksçular ölkə çempionatında çıxış edəcəklər
Sportfm.az xəbər saytı

Gənc boksçular ölkə çempionatında çıxış edəcəklər


Gənc boksçular arasında Azərbaycan çempionatı keçiriləcək.

Sportfm.az xəbər verir ki, yarışda oğlanlar arasında 10, qızlar arasında 5 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.

Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 58 komandanın 276 (244 oğlan, 32 qız) boksçusu qatılacaq. Yarışın açılış mərasimi saat 12:00-da, döyüşlər saat 12:30-da başlanacaq. Qaliblərin adına isə fevralın 15-də aydınlıq gələcək.

Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

U-19 Azərbaycan çempionatının supervayzeri özbəkistanlı Aleksandr Hamidov, baş hakimi həmyerlimiz Anar Babanlı olacaq. Döyüşləri yerli referilərlə yanaşı, neytral hakimlər – Yay Olimpiya Oyunları və dünya çempionatları təcrübəsi olan Veronika Şuks (Macarıstan), Dmitri Meliss (Estoniya), Mişel Buriqo Paulo (Braziliya), Pavlov Pavel Petkov (Bolqarıstan), Qo Çjan (Çin) və Bekjon Yusupov (Özbəkistan) da idarə edəcəklər.

Qeyd edək ki, Boks Mərkəzində təşkil olunacaq turnirə fevralın 9-da start veriləcək.

Oxşar xəbərlər

Aparıcı boksçularımız çempionatdaı iştirak etməyəcək - Qərar
Çempionatda 170-dək idmançı mübarizə aparacaq
Sabah Bakıda əlcəklər işə düşəcək - Azərbaycan Birinciliyi
Azərbaycan birinciliyinə start verilir - Gənc boksçular
Azərbaycan çempionatında 146 boksçu iştirak edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər