reklam
“İmişli” “Sumqayıt”a, “Qəbələ” “Araz-Naxçıvan”a qarşı -
Sportfm.az xəbər saytı

“İmişli” “Sumqayıt”a, “Qəbələ” “Araz-Naxçıvan”a qarşı -Premyer Liqa


Bu gün Misli Premyer Liqasında 29-cu tur start götürəcək.

Sportfm.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək.

Turun açılış matçında “İmişli” Qubada “Sumqayıt”ı qəbul edəcək. Bu komandalar arasında ilk dövrədəki oyunda “İmişli” 1:0 hesablı qələbə qazansa da, reqlamenti pozduğu üçün qonaqlara texniki qələbə verilmişdi. İkinci dövrənin görüşündə də sevinən sumqayıtlılar olmuşdular - 1:0. Hazırda turnir cədvəlində “Sumqayıt” 35 xalla 7-ci, “İmişli” isə 29 xalla 9-cu pillədə qərarlaşıb.

Günün digər matçında isə “Qəbələ” doğma divarlar arasında “Araz-Naxçıvan”ı sınağa çəkəcək. Hazırda Naxçıvan klubu 39 xalla 6-cı, “qırmızı-qaralar” isə 19 xalla 11-ci yeri tutur. Cari mövsüm bu komandaların qarşıdurmasında tərəflər hərəyə bir qələbə qazanıblar. Hər iki görüşdə 2:1 hesabı qeydə alınıb.

25 aprel (şənbə)

16:00. “İmişli” - “Sumqayıt”

Quba OİK stadionu

18:30. “Qəbələ” - “Araz-Naxçıvan”

Qəbələ şəhər stadionu

26 aprel (bazar)

16:00. “Şamaxı” - “Kəpəz”

19:00. “Neftçi” - “Qarabağ”

27 aprel (bazar ertəsi)

18:00. “Turan Tovuz” - “Zirə”

20:00. “Sabah” - “Karvan-Yevlax”

Bombardirlər:

Coy Lens Mikels (“Sabah”) - 18 qol

Velko Şimiç (“Sabah”) - 11 qol

Bassalu Sambu ("Neftçi") - 10 qol

Emin Mahmudov ("Neftçi") - 9 qol

Karim Rossi ("Şamaxı") - 9 qol

Oxşar xəbərlər

“Kəpəz” “İmişli”yə, “Sumqayıt” “Qəbələ”yə qarşı – Premyer Liqa
“Qəbələ” “İmişli”yə, “Turan Tovuz” “Sumqayıt”a qarşı - Premyer Liqa
“İmişli” “Turan Tovuz”a, “Zirə” “Şamaxı”ya, “Araz-Naxçıvan” “Sabah”a qarşı - Premyer Liqa
“Kəpəz” “Qəbələ”, “Sumqayıt” “Neftçi” ilə üz-üzə - YENİLƏNİR
“Şamaxı” “Neftçi”yə, “Qəbələ” “Karvan-Yevlax”a qarşı - Premyer Liqa

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər