Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Boksçularımızdan Gürcüstanda 12 medal
Gürcüstanın Kutaisi şəhərində 19 yaşadək boksçular arasında keçirilən beynəlxalq turnirə yekun vurulub.
Sportfm.az xəbər verir ki, Azərbaycan millisi yarışda 12 medal qazanıb.
Bütün rəqiblərinə qalib gələn Banuçiçək Nəsirli (48 kq), Aylin Nəzərova (54 kq), Rza Rzayev (70 kq) və Səftər Məmmədzadə (+90 kq) qızıl medala sahib olublar.
Yalnız finalda uduzan Zəhra Məmmədova (54 kq), Əli Baxışov (60 kq) və Şahin Aslanov (65 kq) ikinci yeri tutublar.
Digər boksçulardan Əli Əliyev (50 kq), Vüsal Xəlilov (65 kq), Nicat İmanov (80 kq), Heydər Əzməmmədov (85 kq) və Məhəmməd Cəfərov (+90 kq) isə bürünc medala yiyələniblər.
Beləliklə, 4 qızıl, 3 gümüş və 5 bürünc mükafat qazanan Azərbaycan millisi 11 ölkə arasında komanda hesabında ikinci yeri tutub.

Oxşar xəbərlər
Boksçularımız 4 medal qazandı
Boks üzrə Azərbaycan çempionatı başa çatdı
Boksçularımız beynəlxalq turnirdə 7 medal qazandı
Azərbaycan boksçuları 9 medal qazandı - Beynəlxalq turnir
Gənc cüdoçularımız İtaliyada komanda hesabında 1-ci yeri tutdular - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası