reklam
Sportfm.az xəbər saytı

"Bakı" Futbol Akademiyası Qəhrəman Əliyevlə "geri qayıdır" - ÖZƏL


Fəaliyyət göstədiyi müddətdə Azərbaycan futbolunun inkişafı üçün böyük işlər görən "Bakı"FK-nın futbol akademiyası yenidən bərpa olunub. 

Xeyli vaxtdır cəmi iki yaş qrupunda ödənişli əsaslarla varlığını davam etdirən akademiya artıq 15 yaşlı yeniyetmələri belə qəbul edə biləcək. Sportfm.az saytına bununla bağlı məlumatı "Bakı"nın məşqçisi Elşən Ələsgərov verdi:"Bilirisiniz ki, bizdə cəmi iki yaş qrupu - 10 və 12 yaşlılar vardı. İndi isə ən böyük yaş qrupu 15 olmaqla, beş yaş qrupunun əsas komandaları akademiyamızın rəhbəri Qəhrəman Əliyevin tərtib etdiyi proqram əsasında ödənişsiz şəkildə "Delfin Otel"də məşq edəcək. Sonradan komandalarımızın sayını artırmaq fikrimiz var. Bununla bağlı, seçimlərimiz davam edir. Artıq gələn həftə bütün yaş qrupları üzrə seleksiya xarakterli məşqlərə start veriləcək". 

Qeyd edək ki, akademiyada yeni yaradılan komandaların müvafiq yaş qrupları üzrə AFFA-nın təşkil etdiyi çempionatlarda iştirak edəcəyi gözlənilir. 

 






Oxşar xəbərlər

Paris-2024: Millilərin qrupları bilindi
Bölgə klubunun Bakıda akademiyası fəaliyyət göstərəcək
Azərbaycan futbolunun beşiyində akademiya açılacaq - Elxan Məmmədov
Dar küçələr və yox olan ənənələr! (LAYİHƏ)
"Özününkülər" tərəfindən cəzalanan "Bakı" - PROBLEM

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər