reklam
Sportfm.az xəbər saytı

"Özününkülər" tərəfindən cəzalanan "Bakı" - PROBLEM


Uzun müddətdir fəaliyyət göstərən "Bakı" FK-nın akademiyası Azərbaycan futboluna xeyli sayda istedadlı oyunçu bəxş edib.
Sportfm.az xəbər verir ki, ötən gün, mövsümə hazırlıqlarını davam etdirən Premyer Liqanın son çempionu "Qarabağ", ilk yoxlama matçında, hazırda həvəskarlar liqasında mübarizə aparan "Bakı"nı 9:0 hesabı ilə yenib. Görüşdə bir neçə maraqlı məqam diqqəti çəkib. Belə ki, oyunun ilk yarısında "Bakı" futbol akademiyasının yetirməsi Mahir Mədətov sabiq klubunu iki dəfə meydanın mərkəzinə dəvət edib. İkinci 45 dəqiqədə isə "Bakı"nın daha bir sabiq üzvü, 1998-ci il təvəllüdlü Nicat Süleymanov, əvvəlki komanda yoldaşlarının daha bir dəfə topu tordan çıxarmasına nail olub. Hazırda bir çox klublarda "Bakı"nın sabiq futbolçuları, futbol akademiyasının yetirmələri yer alır. Düzdür, akademiya fəaliyyətini dayandırmayıb, bir neçə yaş qrupu yenə "Delfin Otel"də məşq edir. Ancaq klubun əvvəlki əzəmətindən danışmağa dəyməz. Ölkə futbolunun inkişafı üçün böyük işlər görən komandanın göz görə-görə dağılması, hər bir futbolsevərin qəlbini dərindən yaralayır. 

Oxşar xəbərlər

“Bakı”nın bazası da əlindən alınır
"Bakı" Futbol Akademiyası Qəhrəman Əliyevlə "geri qayıdır" - ÖZƏL
Hafiz Məmmədov : "Tezliklə “Bakı”nı bərpa edəcəyik”
“Zaqatala”nın futbolçusu:”Klubun hazırkı vəziyyətinə ürəyim ağrıyır”
“Bakı” həvəskarlar liqasında!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər