reklam
Ralli–kross üzrə dünya çempionatının mərhələ yarışının qalibi Kristoffersson oldu
Sportfm.az xəbər saytı

Ralli–kross üzrə dünya çempionatının mərhələ yarışının qalibi Kristoffersson oldu


Yohan Kristoffersson Fransada keçirilən ralli-kross üzrə dünya çempionatının mərhələ yarışında qələbə qazanıb.

Azərbaycan Avtomobil Federasiyasından Sportfm.az-a bildirilib ki, “Volkswagen” komandasını təmsil edən pilot təyin olunan marşrutu 4 saat, 08.408 saniyəyə qət edib. Bununla da o, aktivinə daha 8 xal yazmaqla ümumi nəticədə liderliyini bir qədər də möhkəmlədib. Hazırda Y.Kristoffersson 241 xalla bütün rəqiblərini qabaqlayır. Yeri gəlmişkən, ümumi sıralamada digər iki yeri tutan P.Solberqin 195, M.Ekströmün isə 180 xalı var.

Əlavə edək ki, Fransa mərhələsində digər iki yerdə müvafiq olaraq dünya çempionu, “Peugeot” komandasının üzvü Sebastyen Löb (4:11.989) və “Audi” kollektivindən Mattias Ekström (04:12.994) qərarlaşıblar.

Ralli–kross üzrə dünya çempionatının növbəti mərhələsi sentyabrın 15-17-də Latviyada keçiriləcək.

Oxşar xəbərlər

Meksika rallisinin qalibi müəyyənləşdi - FOTO
2018-ci ilin ilk ralli yarışının qalibi müəyyənləşdi
Dakar rallisinin 10-cu mərhələsinə yekun vuruldu
Ekström ralli-kross üzrə 11-ci mərhələnin qalibi olub
İsveçli Almaniyada qalib oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər