Ekström ralli-kross üzrə 11-ci mərhələnin qalibi olub
Almaniyada ralli–kross üzrə dünya çempionatının növbəti mərhələsi keçirilib.
Azərbaycan Avtomobil Federasiyasından Sportfm.az-a bildirilib ki, sayca 11-ci olan mərhələdə birinciliyi isveçli pilot Mattias Ekström bayram edib. “EKS” komandasının təmsilçisi 0.952 kilometr uzunluğa malik marşrutu 3 dəqiqə, 41.663 saniyəyə qət etməklə ən yaxın rəqiblərini - “Peugeot” kollektivinin üzvü Timmi Hanseni (3 dəqiqə, 44.292 saniyə) və komanda yoldaşı Toomas Heykkineni (3 dəqiqə, 45.380 saniyə) geridə qoyub.
Beləliklə, 11 mərhələdən sonra Yohan Kristoffersson 286 xalla ümumi sıralamada liderdir. Aktivində 234 xal olan P.Solberq ikinci, 233 xal toplayan M.Ekström isə üçüncüdür.
Komandaların yarışında ilk üçlükdə müvafiq olaraq “PSRX Volkswagen Sweden” (496 xal), “Team Peugeot-Hansen” (379 xal) və “EKS” (351 xal) kollektivləri qərarlaşıb.
Dünya çempionatı davam edir.
Oxşar xəbərlər
Fabio Kartararo bütün rəqiblərini qabaqladı
2018-ci ilin ilk ralli yarışının qalibi müəyyənləşdi
Dakar rallisinin 10-cu mərhələsinə yekun vuruldu
İsveçli Almaniyada qalib oldu
Ralli–kross üzrə dünya çempionatının mərhələ yarışının qalibi Kristoffersson oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası