reklam
Millidə məşqçi dəyişiklikləri
Sportfm.az xəbər saytı

Millidə məşqçi dəyişiklikləri


Azərbaycanın qızlardan ibarət U-15 və U-17 milli komandalarında məşqçi dəyişiklikləri və yeni təyinatlar gerçəkləşib.
Sportfm.az xəbər verir ki, bu haqda AFFA-nın mətbuat xidməti məlumat yayıb. U-15 yığmamızda baş məşqçi vəzifəs Rövşən Qasımova həvalə olunub. O, həmçinin A millinin köməkçi məşqçisi kimi fəaliyyətini davam etdirəcək. Köməkçi məşqçi Manə Mollayeva (A millinin futbolçusu), qapıçılar üzrə məşqçi Günay İsmayılova (A millinin qapıçısı) təyin edilib.

U-15 millisinin köməkçi məşqçisi Samirə Aşırova ilə isə yollar ayrılıb.

U-17 milli yığmamıza Xanlar Əliyev rəhbərlik edəcək. O, həmçinin A millinin köməkçi məşqçisi kimi fəaliyyətini davam etdirəcək.

Bundan əlavə, Əli Muradov U-15, U-17 və U-19 qızlardan ibarət milli komandalarda fitness hazırlığı üzrə məşqçi vəzifəsinə təyin olunub.

Oxşar xəbərlər

Qasımova millidən ayrıldı
Yığmamızda yeni baş məşqçi - TƏYİNAT
Rauf Əliyev "Qarabağ"da baş məşqçi təyin edildi
Millinin baş məşqçisi "Neftçi"də - Təyinat
“Neftçi”də yeni məşqçilər - Təyinat

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər