reklam
“Qarabağ”ın “pley-off”dakı potensial rəqibləri məlum oldu
Sportfm.az xəbər saytı

“Qarabağ”ın “pley-off”dakı potensial rəqibləri məlum oldu


Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

Sportfm.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatmada “Dinamo” (Kiyev, Ukrayna) - “Qarabağ” (Azərbaycan) cütünün qalibinin də rəqibi müəyyənləşib. Ağdam təmsilçisinin yüksək reytinqi səbəbindən bu cütlük səpələnmişlər səbətində yer alıb.

Püşkün nəticəsinə əsasən, rəqib səpələnməmişlər səbətindəki “Tvente” (Niderland) – DAC 1904 (Slovakiya) cütünün qalibi olub.

“Qarabağ” mərhələ adlasa, ilk oyunu səfərdə keçirəcək.

Qeyd edək ki, Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab görüşləri isə 27 avqustda keçiriləcək.

Oxşar xəbərlər

"Qarabağ" İspaniya klubu ilə düşə bilər!
“Qarabağ” üçün tanış rəqiblər - ÇL pley-off
“Qarabağ”ın potensial rəqibləri müəyyənləşəcək
"Qarabağ"ın potensial rəqibi müəyyənləşir - Çempionlar Liqası
"Neftçi" və "Sabah"ın potensial rəqibi məlum oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər