reklam
Sportfm.az xəbər saytı

"Turan"ın ilk ev matçına biletlər satışa çıxdı


Misli Premyer Liqasının I turunun “Turan Tovuz” – “Qəbələ” oyununun biletləri satışa çıxarılıb.

Sportfm.az xəbər verir ki, fanatlar “birbilet.az” saytından istədiyi sektor və yeri seçməklə onlayn şəkildə biletləri əldə edə bilər. Qiymətlər sektora uyğun olaraq 2, 3 və 5 manat təşkil edir.

Şəhid ailələri və qazilər onlar üçün ayrılmış sektora fiziki dəvətnamələri stadionun kassasından ödənişsiz əldə edə bilərlər. Elektron bilet almaqda çətinlik çəkən azarkeşlər isə biletləri stadionun kassasından fiziki şəkildə əldə edə biləcəklər.

Qeyd edək ki, stadiona giriş yalnız fiziki və ya onlayn biletin üzərində olan QR kodu oxutmaqla mümkün olacaq.

Avqustun 14-də Tovuz şəhər stadionunda keçiriləcək matça saat 19:30-da start veriləcək.

Oxşar xəbərlər

"Turan" elektron bilet sistemi tətbiq edəcək
“Neftçi” – “Turan Tovuz” matçının biletləri satışda
Tovuzdakı oyuna bilet satışı başladı - Önəmli matç
"Turan Tovuz" - "Sabah" oyununun biletləri satışda
"Neftçi" - "Turan Tovuz" oyununun biletləri satışda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər