reklam
Sportfm.az xəbər saytı

"Kəpəz" ilk turda səfərdə məğlub oldu


Misli Premyer Liqasında 2026/27 mövsümünün ilk turu davam edir.

Sportfm.az xəbər verir ki, bu günə nəzərdə tutulan matçlar artıq başa çatıb.

Əvvəlcə “Araz-Naxçıvan” Qəbələdə “İmişli”ni qəbul edib. Matç qolsuz bərabərliklə yekunlaşıb. Bu, Cavid Hüseynovun Naxçıvan klubunun baş məşqçisi kimi debüt oyunu olub. Eyni zamanda daha əvvəl “İmişli”ni I Liqada çalışdırmış Fərid Namazov da baş məşqçi kimi Premyer Liqada debüt edib.

Günün digər matçında isə son çempion “Sabah” doğma divarlar arasında “Kəpəz”i sınağa çəkib. Oyun paytaxt təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, dünən start verilən ilk turun digər oyunları avqustun 16-17-də keçiriləcək.

Misli Premyer Liqası

I tur

15 avqust

20:45. “Sabah” - “Kəpəz” - 2:0

Qol: Coy Lens Mikels, 71-pen; Ksander Severina, 90+1
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Müslüm Əliyev, Əli Əliyev
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev
“Bank Respublika Arena”

Oxşar xəbərlər

"Araz-Naxçıvan" - "İmişli" matçında hesab açılmadı
“Araz-Naxçıvan” “İmişli”yə, “Sabah” “Kəpəz”ə qarşı - YENİLƏNİR
"Kəpəz" "Sumqayıt"ı, "İmişli" "Araz-Naxçıvan"ı uddu - Premyer Liqa
“İmişli” “Kəpəz”lə bərabərə qaldı - Premyer Liqa
“Kəpəz” “Araz Naxçıvan”la bərabərə qaldı - Misli Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər