reklam
Azərbaycanın ən köklü klublarından biri həvəskarlarla oynayacaq
Sportfm.az xəbər saytı

Azərbaycanın ən köklü klublarından biri həvəskarlarla oynayacaq


Xəbər veridyimiz kimi, sentyabrın 9-da AFFA və PFL-in birgə komissiyası I divizionda çıxış etmək istəyən klublardan daxil olan müraciətlərə baxaraq, sənədlərini tam təqdim etməyən komandalara bir neçə gün vaxt vermişdir.
Sportfm.az xəbər verir ki, bu gün hər iki qurumun birgə komissiyası növbəti iclasını keçirərək, təqdim olunan sənədləri, peşəkarlığı və ötən mövsüm danışılmış oyunlarla bağlı UEFA-dan daxil olan məlumatları nəzərə almaqla I divizionda iştirak edəcək komandaların adlarını təsdiqləyib. “Mil-Muğan”, “Qaradağ Lökbatan”, “Turan-Tovuz”, “Ağsu”, “Zaqatala”, “Vətən”, “Şüvəlan”, MOİK klublarından başqa, “Binə” və “Xəzər” komandalarının da I divizionda iştirakına icazə verilib.
Qeyd edək ki, I divizionda çıxış etmək hüququ qazana bilməyən komandaların oynaması üçün həvəskar statuslu “Region Liqası” nın yaradılması ilə bağlı layihə İcraiyyə Komitəsinə təqdim olunacaq. Bununla da, Azərbaycanın köklü futbol klublarından biri olan Qusar "Şahdağ"ı həvəskarlarla qüvvəsini sınamalı olacaq. 

Oxşar xəbərlər

I Divizionda XII turun oyun cədvəli müəyyənləşdi
I Divizionda 22-ci tura yekun vuruldu
Süleymanov qol vurdu, "Qaradağ Lökbatan" qələbə qazandı
İlk tura Bakıda start veriləcək - Birinci Divizionun təqvimi
"Karvan"a vaxt verildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər