Premyer Liqada oynayan 16 futbolçunun test nümunələri Almaniyaya göndərildi
Azərbaycan Premyer Liqasının V turunun bütün 4 oyunundan sonra komandaların futbolçularından dopinq-test götürülüb.
Sportfm.az xəbər verir ki, bu barədə "Report"a Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) baş direktoru Şəfəq Hüseynli məlumat verib.
O, bildirib ki, 8 komandanın ümumilikdə 16 oyunçusundan götürülmüş test nümunələri Almaniyanın Köln şəhərində yerləşən laboratoriyaya göndərilib.
Ş.Hüseynli sentyabrın 16-da baş tutan “Neftçi” – “Zirə” matçından sonra qonaq komandanın məşqçilər heyətinin futbolçulardan test götürmək istəyən AMADA əməkdaşlarına müqavimət göstərmələrinə də münasibət bildirib. Baş direktor həmin vaxt tərəflər arasında anlaşılmazlığın olduğunu söyləyib: “Əvvəlcə bir qədər müqavimət göstəriblər. Lakin sonra vəziyyəti anlayandan sonra sakitləşiblər. Qaydalara əsasən, seçilmiş idmançı hər bir yarışdan sonra bir saat ərzində dopinq-testə cəlb olunmalıdır. Bu səbəbdən "Zirə"nin oyunçusunun paltardəyişmə otağından aparılması qaydalar çərçivəsindədir”.
Qeyd edək ki, AMADA tərəfindən qarşıdakı turlarda da dopinq-testlərin götürülməsi nəzərdə tutulub.
Oxşar xəbərlər
AMADA-nın sifarişi ilə 58 idmançıdan test götürüldü
Gənclər və İdman Nazirliyində AMADA rəhbərliyi ilə görüş
"Azərbaycanda idmançılar arasında belə bir fakt aşkarlanmayıb" - AMADA-nın direktoru
Azərbaycanlı məşqçilər rüşvət təklif ediblər - Açıqlama
İdmançılarımızın bəzilərində dopinq aşkarlandı - RƏSMİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin





.jpg)









Misli Premyer Liqası