reklam
Hocsonun müqaviləsi bu şərtlə uzadıla bilər
Sportfm.az xəbər saytı

Hocsonun müqaviləsi bu şərtlə uzadıla bilər


İngiltərə Futbol Assosasiyası (FA) millinin baş məşqçisi Roy Hocsonla yeni müqavilə imzalanması üçün ortaya şərt qoyub. Goal.az xəbər verir ki, təcrübəli mütəxəsis komandanı EURO 2016-nın yarımfinalına çıxara bilsə, işini davam etdirəcək. Bu barədə FA-nın prezidenti Qreq Dayk məlumat verib.

"Biz Royla danışmışıq ki, bu məsələni Avropa çempionatından sonra aydınlaşdıracağıq. Əlbəttə, İngiltərənin yarımfinala çıxması uğurlu nəticə olacaq. Layiqli futbol göstərib 1/4 finalda güclü rəqibə uduzsaq və ya penaltilər seriyasında mübarizəni dayandırsaq, müzakirə aparılacaq" - Dayk deyib.

Hocsonun müqaviləsi EURO 2016-dan sonra başa çatmalıdır.

Oxşar xəbərlər

İngiltərə millsində yeni baş məşqçi
Uelsdə möhtəşəm qarşılanma - VİDEO
Argentina millisinin baş məşqçisi istefa verdi
EURO 2016: 1/8 finalda komandaların şansları - VİDEO
“Ronaldo EURO 2016-da 10 qol vuracaq”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər