reklam
Rusiyaya yollanacaq 13-cü komanda müəyyənləşdi
Sportfm.az xəbər saytı

Rusiyaya yollanacaq 13-cü komanda müəyyənləşdi


2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsinə vəsiqə qazanan ölkələrin sayı 13-ə çatıb.

Sportfm.az xəbər verir ki, Kosta-Rika millisi Şimali Amerika zonası seçmə mərhələ oyununda Hondurasla heç-heçə edib.

1:1 hesablı heç-heçə bu komandaya qrupda ikinci yerin sahibi kimi mundiala yollanmaq hüququ verib. Qrup qalibi isə Meksika olub. Kosta Rika tarixində 5-ci dəfə dünya çempionatında mübarizə aparacaq. Son turda üçüncü vəsiqənin, eləcə də Asiya təmsilçisi (Avstraliya və ya Suriya) ilə "pley-off" matçında üz-üzə gələcək komandanın adı müəyyənləşəcək.

Dünya çempionatına indiyədək bu komandalar vəsiqə qazanıb:
Avropa: Rusiya (təşkilatçı), Belçika, Almaniya, İngiltərə, İspaniya
Asiya: İran, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı
Cənubi Amerika: Braziliya
KONKAKAF: Meksika, Kosta-Rika
Afrika: Nigeriya

Oxşar xəbərlər

Dünya çempionatına 29 ölkə vəsiqə qazandı - SİYAHI
Futbol üzrə DÇ-2018-in təqvimi açıqlandı - Hansı yığma, hansı şəhərdə?
Rusiyaya yollanacaq bütün yığmalar məlumdur - SİYAHI
DÇ-2018: 29 iştirakçı məlumdur
Dünya Çempionatına yollanacaq yığmalar - Siyahı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər