Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Samboçularımız Serbiyada gücünü göstərməyə çalışacaq
Serbiyanın Novı-Sad şəhərində yeniyetmələr və gənclər arasında sambo üzrə dünya birinciliyi başlayıb.
Sportfm.az xəbər verir ki, yeniyetmə oğlanların yarışında ölkəmizi Vahid Şahverdiyev (56 kq), Yaşar Nəcəfov (60 kq), Abdulla Abdullayev (65 kq), Teymur Allahverdiyev (70 kq) və Vüqar Ağcayev (75 kq) təmsil edəcəklər.
Yeniyetmə qızların yarışında isə millimizin üzvü İrena Xubulova (52 kq) birincilik uğrunda mübarizə aparacaq.
Gənclərin mübarizəsində Sabir Ağayev (48 kq) və Fuad Məmmədov (57 kq) dünya çempionu adı uğrunda yarışacaqlar.
Millimiz baş məşqçi Yaqub Abdullayevin rəhbərliyi altında mübarizə aparacaq.
Turnirə oktyabrın 16-da yekun vurulacaq.
Oxşar xəbərlər
AÇ-də bu idmançılar təmsil edəcəklər
Samboçularımız dünya birinciliyində iştirak edəcəklər - SİYAHI
Samboçularımız Avropa birinciliyində üç medal qazandı
Samboçularımız Çexiyada güclərini sınayacaqlar
Boksçularımız Avropa birinciliyində mübarizə aparacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası