reklam
Sportfm.az xəbər saytı

"Azərbaycan futzalı bu tempə alışmayıb"


Futzal üzrə Yüksək Liqada 4-cü turun oyunlarına start verilib. 

Sportfm.az xəbər verir ki, turun ilk matçında "Marafon" "Yasamal"ı 5:2 hesabı ilə məğlub edərək, xallarının sayını 12-yə çatdırıb. Qarşılaşmadan sonra "Marafon"un baş məşqçisi Elşad Quliyev saytımıza fikirlərini bildirib:"Çətin görüş oldu. Düzdür, komandamız qalib gəldi, ancaq oyundan razı qalmadım. Uşaqlarda yorğunluq hiss olunurdu. Düşünürəm ki, 3 gündən bir meydana çıxmağımızın bunda təsiri oldu. Azərbaycan futzalı bu tempə alışmayıb. Növbəti turda bizi "Araz"la çətin sınaq gözləyir. Əbəs yerə lider olmadığımızı sübut etmək üçün meydana çıxacağıq".

Qeyd edək ki, 5-ci turun qarşılaşmaları noyabrın 1-də baş tutacaq. 

Oxşar xəbərlər

Elşad Quliyev heyətin yetərsizliyindən gileyləndi: ""Araz" da eyni sıxıntını yaşayır"
"Neftçi" axır ki, meydana çıxır
Elşad Quliyev:"Oyundan-oyuna artırırıq"
"Araz" "Yasamal"ı məğlub etdi, EKOL qalib gəldi, "Marafon" qələbə qazandı - YENİLƏNİB
"Araz" 3 xal qazandı, "Marafon" ilk oyunda qalib gəldi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər