Elşad Quliyev heyətin yetərsizliyindən gileyləndi: ""Araz" da eyni sıxıntını yaşayır"
Futzal üzrə Yüksək Liqada 6-cı turun oyunlarına start verilib.
Sportfm.az xəbər verir ki, turun mərkəzi qarşılaşmasında lider "Araz"la iddialı klublardan "Marafon" üz-üzə gəlib. Gərgin keçən görüşdə Naxçıvan təmsilçisi minimal hesabla rəqibini məğlub edib. Olimpik Star İdman Kompleksində baş tutan oyunda yeganə qolu millimizin üzvü Xətai Bağırov öz aktivinə yazıb. Oyundan sonra saytımıza danışan "Marafon"un baş məşqçisi Elşad Quliyev heyət yetərsizliyindən gileylənib:"Təbii ki, "Araz" kimi səviyyəli rəqiblə görüşdə heyət geniş olmalıdı. Bu sözlərim tək bu oyun üçün yox, çempionat üçün də keçərlidir. Əgər uğur qazanmaq istəyirsənsə, heyətdə rəqabətə davam gətirəcək futzalçılar olmalıdı. Bu gün "Araz"da eyni sıxıntını yaşayır. Oyunun gedişində komandamızın liderlərindən Seymur Məmmədovun qırmızı vərəqə alaraq meydançanı tərk etməsi də planlarımızı pozdu. Ümulikdə pis oyun keçirmədik, qol vurmaq üçün şanslarımız da oldu. Növbəti matçlarda baxımlı oyunla yanaşı, uğurlu nəticələrə də imza atmaq üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, mövsümə "Marafon"da başlayan iranlı legionerlər Majid Morovati və Kəsra Mehdipur komandanın sıralarını tərk edib.
Oxşar xəbərlər
"Biz oyundan-oyuna artırırıq" - Elşad Quliyev
"Marafon" "Araz"a mövsümdə ilk məğlubiyyətini yaşatdı
"Mən Azərbaycana futzal oynamaq üçün gəlmişəm" - Elyas Barati
"Marafon" təqibi davam etdirir
"Azərbaycan futzalı bu tempə alışmayıb"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası